Dünyaİran

2023-cü il üzrə Demokratiya Göstəricilərinə görə İran son yerlərdə qərarlaşıb

Ötən il üzrə dünyada demokratiyanın durumu barədə illik hesabat nəşr olunub.

Hesabata istinadən, İran demokratiya baxımdan 167 dünya ölkəsi arasında 153-cü yerdə qərarlaşıb.

Demokratiyanın 5 göstəricisi üzrə 0-10 bal verilir: İran “seçkilər prosesi və plüralizm” üzrə sıfır bal alıb. İran ancaq 13 ölkə, o cümlədən Tacikistan, Yəmən, Suriya, Şimali Koreya və Əfqanıstan kimi ölkələrdən yuxarıda qərarlaşıb.

İranın demokratiyanın 5 göstəricisi üzrə aldığı qiymətlər:
▪️ Seçkilər prosesi və plüralizm – 0 bal;
▪️ Dövlət funksionallığı – 2,5 bal;
▪️ Siyasi iştirak – 3,33 bal;
▪️ Siyasi mədəniyyət – 2,5 bal;
▪️ Mədəni azadlıqlar – 1,47 bal.

Related Articles

Bir cavab yazın

Back to top button