Azərbaycanİran

ETTELAAT Urmuda milli fəalın evinə basqın edib

Sentyabrın 24-də İran Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmu şəhərində yaşayan Əşkan Səadətmehrin evinə basqın ediblər.

Bu barədə milli fəallar məlumat yayıb.

Məmurlar urmulu fəalı və onun həyat yoldaşını döyüb, onlara məxsus telefon, kompüter və başqa şəxsi əşyaları özləri ilə aparıblar.

Təhlükəsizlik əmurları tərəfindən həbs edilən Əşkan Səadətmehr, iki gün ETTELAAT təcridxanasında dindirildikdən sonra sentyabrın 26-ı axşam saatlarında müvəqqəti olaraq sərbəst buraxılıb.

Related Articles

Bir cavab yazın

Back to top button