Dünya

İsrail baş naziri: İran Vyana mdanışıqlarında SEPAH-ın terror təşkilatları siyahısından çıxarılmasını tələb edib

"Aznews tv" xəbər verir ki, bu barədə Bennet dünən Amerika yəhudilərinin əsas təşkilatlarının liderlərinin görüşündəki çıxışı zamanı məlumat verib.

İsrailin baş naziri Naftali Bennet İranın Vyana müzakirələri çərçivəsində İslam İnqilabı Keşikçiləri Korpusunun terror təşkilatları siyahısından çıxarılmasına çağırış etdiyini deyib.

“Aznews tv”xəbər verir ki, bu barədə Bennet dünən Amerika yəhudilərinin əsas təşkilatlarının liderlərinin görüşündəki çıxışı zamanı məlumat verib.

Bennetin dediyinə görə, İran, habelə Atom Enerjisi üzrə Beynəlxalq Ajansın bu ölkə ilə bağlı açmış olduğu nüvə məsələsinin də bağlanmasını istəyib.

Baş nazir habelə qeyd edib ki, İsrail və onun müttəfiqlərinin fikrincə, Vyanada tərtib olunacaq bir anlaşma daha çox zorakılığa və daha qeyri-sabit Yaxın Şərqə zəmin hazırlayacaq.

“Bizim və bölgədəki sabit ölkələrin bir gözümüz Ukrayna-Rusiya sərhədində, digər gözümüz isə Vyanadadır, lakin Vyanada gördüklərimiz çox narahatedicidir”, deyə Bennet fikrini tamamlayıb.

Related Articles

Bir cavab yazın

Back to top button