Azərbaycan

İran ordusuna məxsus qırıcı təyyarə Təbrizdə qəzaya uğradı

İran ordusuna məxsus F-5 qırıcı təyyarəsi bir neçə dəqiqə öncə Təbriz beynəlxalq hava limanı yaxınlığında qəzaya uğrayıb.

İran ordusuna məxsus F-5 qırıcı təyyarəsi bir neçə dəqiqə öncə Təbriz beynəlxalq hava limanı yaxınlığında qəzaya uğrayıb.

“Aznews tv”xəbər verir ki, təyyarə İran ordusunun ikinci hərbi hava bazasından havaya qalxıb və Təbrizin İnqilab küçəsi yaxınlığında və orta məktəbin yaxınlığında qəzaya uğrayıb.

Təbrizin Qızıl Aypara Cəmiyyətinin verdiyi məlumata görə, qırıcının pilotu, pilot köməkçisi və təyyarənin düşmə zamanı toqquşduğu minik avtomobilinin sürücüsü ölüb.

Qəzanın səbəbləri və qəza yerində mümkün insan və maddi itkilərlə bağlı əlavə məlumat verilmir.

Related Articles

Bir cavab yazın

Back to top button