Dünya

Bundan sonra Su-25-lərimiz daha dəqiq vuracaq

Azərbaycan Ordusunun Su-25 qırıcılarına Türkiyənin TUBİTAK SAGE müdafiə müəssisələri tərəfindən hazırlanan "qanadlı tuşlama dəsti" (kanadlı güdüm kiti) adlı sursatlar quraşdırılıb.

Modern.az xəbər verir ki,  bu barədə Türkiyənin müdafiə sənayesi üzrə ixtisaslaşmış “SavunmaSanayiST” saytı məlumat yayıb.

Bildirilib ki, sursatın quraşdırıldığı döyüş təyyarəsi Türkiyənin “Konya” şəhərində keçirilən “Anadolu Qartalı” hərbi təlimlərində görünüb.

Bu sursatlar sayəsində Azərbaycan Ordusunun Su-25 qırıcıları daha uzaq məsafədəki hədəfləri dəqiqliklə məhv edə biləcək.

Qeyd edək ki, KGK adlı sursat bundan əvvəl Türkiyə Ordusunun F-16 döyüş təyyarələrində, “Akıncı”, “Aksungur” pilotsuz uçuş aparatlarında quraşdırılaraq sınaqdan keçirilib.

Related Articles

Bir cavab yazın

Back to top button