Dünya

Türkiyə ruslar üçün hesabların açılması şərtini açıqladı

Türkiyənin dövlət bankları Rusiya vətəndaşları üçün hesablar açmağa davam edir, şərtlər yaşayış icazəsi və işləmək hüququdur.

Bunu “RİA Novosti”yə “Ziraat” dövlət bankının Ankaradakı filialının nümayəndəsi bildirib.

“Rusiya vətəndaşları üçün hesablar açılır. Şərtlər yaşayış icazəsi, işləmək hüququ və ya tələbə vizasının olmasıdır. Türkiyə dövlət banklarına ruslara hesab açılmasına qadağa qoyulması ilə bağlı heç bir bildiriş daxil olmayıb”, – o bildirib.

Qeyd edək ki, yanvarın 1-dən türk ixracatçılar bankların Rusiyadan pul köçürmələrini qəbul etməkdən imtinaları ilə üzləşib. Problem qismən ABŞ-ın sanksiyalarına görə Türkiyəyə təzyiqlə bağlıdır.

Related Articles

Bir cavab yazın

Back to top button