Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
Azərbaycan

Təbrizli tibb işçilərindən İbrahim Rəisiyə etiraz

Təbrizin tibb işçiləri İran prezidenti İbrahim Rəisinin son çıxışna etiraz edib.

Qeyd edək ki, tibb işçilərini narazı salan  İbrahim Rəisinin pandemiya dövründə  könüllü yarım hərbi “Bəsic” qüvvələri və dini təhsil alan tələbələrin səhiyyə işçilərinə “tibbi və xalqa neçə xidmət etməli olduğunu öyrətdikləri” barədə çıxışı olub.

Həkimlər bunu özlərinə qarşı təhqir sayıblar.

Onlar pandemiya dövrü əmək haqlarının az olmasına, vaxtında ödənilməməsinə baxmayaraq ən ağır şəraitdə işlədiklərini diqqətə çatdırıb, Rəisinin bu çıxışını əməklərinin yerə vurulması kimi dəyərləndiriblər.

Qeyd etmək ki, yersiz çıxışları ilə tanınan İbrahim Rəisi bir neçə gün bundan öncə pandemiya dövrü yarım hərbi “Bəsic” qüvvələri və dini tələbələrin tibb işçilərinə tibbi müalicə və xalqa xidmət etməyi öyrədikləri barədə çıxışı geniş etirazlara səbəb olub.

İranın müxtəlif şəhərlərində tibb işçiləri onun çıxışına etiraz edib və Rəisinin səhiyyə sistemində çalışanlardan üzr istəməsini istəyiblər.

Related Articles

Bir cavab yazın

Back to top button