İran

Türkiyə İrana uçuşları dayandırılıb

Türkiyənin Nəqliyyat Nazirliyi COVİD-19 pandemiyası ilə mübarizə üçün qabaqlayıcı tədbirlərə uyğun olaraq, Türkiyədən İran və Əfqanıstana uçuşları dayandırıldığını bildirib.

“Turkish Press” saytının Nəqliyyat və İnfrastruktur Nazirliyinin açıqlamasına əsaslanaraq verdiyi məlumata görə, Türkiyə bazar günü korona virusunun yayılması ilə əlaqədar İran və Əfqanıstana hava yolları şirkətlərinin reyslərini dayandırıb.

Bu arada Türkiyədə və dünyanın bir çox ölkəsində koronavirusa yoluxma halları yenidən artıb.

Statistika göstərir ki, insanların avtobuslarda və metrolarda maska ​​taxmağa diqqəti çox azdır və Türkiyə vətəndaşlarının bir qısmı korono virusa qarşı peyvənlərin növbəti dozasını vurdurmağa meyilli deyil.

Bununla yanaşı İranda da koronovirusa yoluxma halları artıb və bu ölkənin səhiyyə rəsmiləri yoluxmanın 7-ci dalğasının başlanğıcında olduqlarını bildiriblər.

Tehranın “İmam Xomeyni” hava limanının ictimaiyyətlə əlaqələr bölməsi isə yaydığı məlumatda hava yolları nəqliyyatının dayandırılması barədə xəbəri təkzib edib.

Bölmənin yaydığı açıqlamada “Türkish Press”in yaydığı xəbərin bundan öncəyə aid olduğu və yanlışlıqla yenidən yayıldığı iddia olunub.

Related Articles

Bir cavab yazın

Back to top button