Dünyaİran

BƏƏ İrandan körfəzdəki adalarının işğalına son qoymasını tələb edib

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) İrandan körfəzdəki Böyük Tomb, Kiçik Tomb və Əbu Musa adalarının işğalına son qoymasını tələb edir.

Bunu BMT Baş Assambleyasının 78-ci sessiyasında ümumi siyasi debatda çıxışı zamanı BƏƏ-nin beynəlxalq əməkdaşlıq üzrə dövlət naziri Rim bint İbrahim əl-Haşimi deyib.

“Bu tribunadan BƏƏ bir daha İrandan əmirliyin 3 adası Böyük Tomb, Kiçik Tomb və Əbu Musanın işğalına son qoymasını tələb edir. Bu problem nə qədər davam etsə də, bu adalara olan qanuni hüququmuz mövcud olmağa davam edəcək və zaman bizim onların üzərindəki suverenliyimizi ləğv etməyəcək”, – o deyib.

BƏƏ-nin beynəlxalq əməkdaşlıq üzrə dövlət naziri qeyd edib ki, Əbu-Dabi bu problemi ya Tehranla birbaşa danışıqlar, ya da Beynəlxalq Ədalət Məhkəməsi vasitəsilə həll edəcək.

Böyük Tomb, Kiçik Tomb və Əbu Musa adaları körfəzin strateji əhəmiyyətli bölgəsində yerləşir.

Qeyd edək ki, son vaxtlar körfəzdəki Böyük Tunb, Kiçik Tunb və Əbumusa adaları ilə bağlı BƏƏ ilə İran arasında mübahisələr yenidən qızışıb.

Ərəb Liqası hazırda İranın nəzarətində olan mübahisələri adalara BƏƏ-nin malikiyyət hüququnun tanınması ilə bağlı iclas keçirib və məsələni BMT və beynəlxalq məhkəmələrdə qaldırmağı qərara alıb.

Bununla bağlı iyulun 10-da Moskvada Rusiyanın xarici işlər naziri və Körfəz Əməkdaşlıq Şurası baş katibin iştirakı ilə quruma üzv ölkələr arasında strateji dialoq görüşü keçirilib.

Görüşdən sonra birgə bəyanat qəbul edilib.

Sənəddə Əbu Musa, Böyük Tonb və Kiçik Tonb adaları ilə bağlı Birləşmiş Ərəb Əmirliklərinin mövqeyini dəstəkləyən fikirlər yer alıb.

İyulun 17-də İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Nasir Kənani qeyd edib ki, Tehran bu adaları öz ərazisi hesab etdiyi üçün onların statusunu müzakirə etmək niyyətində deyil.

Avqustun əvvəlində SEPAH tərkibində dəniz qüvvələri mübahisəli adalar ərazisində təlimlər keçirib.

Related Articles

Bir cavab yazın

Back to top button