İran

Əliabad Kətul rayonunda torpaq sürüşməsi baş verib

Şəhrivərin 4-də Əliabad Kətul şəhristanında yerləşən Kəbudual Şəlaləsi yaxınlığında torpaq sürüşməsi baş verib. İki qurtarıcı tim hadisə yerinə göndərilib”. Bu barədə Gülüstan Ustanı Qızıl Aypara Yardım və Qurtarma Sazimanın müavini Rəhim Mir Kərimi açıqlama verib.
“Olay nəticəsində Kəbudual Şəlaləsinə gedən yolda 6 nəfər yaralanıb. Onlardan 4-ü urjans maşını , ikisi isə Qızıl Aypara işçilərinin vasitəsilə Əliaba Kətul Şəhristanın Bəqiyyətüllah-əzəm Mərizxanasına çatdırılıb”,-deyə o, məlumat verib.
Bildirək ki, İran dövləti qeyri fars millətlərə, xüsusilə də İranda çoxluq təşkil edən türklərə qarşı asimilasion siyasət həyata keçirir. Belə ki, İran coğrafiyasında türkcə olan adların izinin silinməsi siyasəti aparılır. Bu işlər həmin adların mətbuatda eşidilməməsi hədəfi ilə görülür. Bu addımlardan biri də Türkmən Səhra ustanının adının Gülüstan olaraq dəyişdirilməsidir. Qeyd edək ki, Türkmən Səhranın əhalisi İran türkmənləridir. Quzeydən Türkmənistan Cümhuriyyəti ilə ortaq mərzləri var.

Related Articles

Bir cavab yazın

Back to top button