Azərbaycanİran

Tehranın İnqilab Məhkəməsi azərbaycanlı işçi hərəkatı fəalına həbs cəzası verib

Tehran Avtobus Şirkəti İşçilərinin Həmkarlar İttifaqı İdarə Heyətinin üzvlərindən olan Şəhabiyə qarşı iki ittiham üzrə həbs cəzası verilib.

Tehran şəhərinin İnqilab Məhkəməsinin 26-cı bölməsi Rza Şəhabi və Avtobus Şirkəti İşçilərinin Həmkarlar İttifaqının başqa bir üzvü, Həsən Səidiyə qarşı “hökumətə qarşı təbliğat fəaliyyətləri” və “ölkənin milli təhlükəsizliyinə qarşı əlbir olmaq və cinayət törətmək” ittihamları ilə 6 il həbs cəzası çıxarıb.

Bununla yanaşı hər iki işçi hərəkatı fəalın həbs cəzası ilə yanaşı iki il müddətində ictimai fəaliyyət göstərmək və ölkədən çıxmaqlarına qadağa qoyulub.

Avtobus Şirkəti İşçilərinin Həmkarlar İttifaqı fəalların həbsi ilə bağlı yaydığı bəyanatda onlara qarşı ittihamların saxta olduunu bildirib.

Bəyanatda bu kimi həbs qərarlarının çıxarılmasının məqsədinin işçi fəalların həmkarlarının hüquqlarının müdafiəsi uğrunda çalışmalarını dayandırmaq və onları susdurmaq olduğu vurğulanıb.

Rza Şəhabi bir neçə xəstəlikdən əziyyət çəkir.

Buna baxmayaraq, bundan öncə məruz qaldığı təzyiqlər, uzun illik zindan həyatı və işgəncələr üzündən iki dəfə infarkt keçirib.

O, hər an həyatını itirə bilər.

Mayın 12-də həbs edilən fəal əslən Şərqi Azərbaycan əyalətinin Şəbistər şəhərindəndir və Tehran Avtobus Sürücüləri Birliyinin fəal üzvüdür.

O, saxlanıldıqdan sonra təcridxanaya köçürülüb və təhlükəsizlik məmurları tərəfindən işgəncə edilərək dindirilib.
Rza Şəhabi bundan öncə dinc fəaliyyətlərinə görə 6 il məhkumluq həyatı yaşayıb.

Related Articles

Bir cavab yazın

Back to top button