İran

İranda koronavirusla bağlı son vəziyyət

İranda son 24 saatda 235 nəfər koronavirusun qurbanı olub. Virusa tutulanların sayı isə 3902 nəfərdir. Bu barədə İran Sağlıq Vəzirliyinin sözçüsü Sima Sadat Lari məlumat verib. Onun sözlərinə görə, hazırda Tehran, İsfahan, Qum, güney Xorasan, Semnan, Qəzvin, Lorestan, Ərdəbil, Ələhvaz, Kirmanşah, Kohkiluye və Boyer-Əhməd, Gilan, Buşehr, Zəngan, İlam, Xorasan, Mazandaran, Çaharmahal və Bəxtiyari, Əlbürz, Mərkəzi, Kerman, Həmədan və Yəzd ustanlarında vəziyyət qırmızıdır. Sima Sadat Lari bildirib ki, ötən bir gündə 1 953 nəfər virus səbəbilə mərizxanaya yerləşdirilib. Bununla da COVID-19 mərizlərinin ümumi sayı 475 674 nəfərə yüksəlib. İranda koronavirusdan ölənlərin sayı isə 27 192 nəfərdir. Rəsmi məlumatlara əsasən, bu günədək mərizlikdən 392 293 nəfər müalicə olunaraq sağalıb. Ağır vəziyyətdə olduqlarından mərizlərdən 4167 nəfərinin müalicəsi İCU bölməsində aparılır.
Ölkə üzrə 4 151 445 koronavirus testinin keçirildiyi açıqlanıb.

Related Articles

Bir cavab yazın

Back to top button