Azərbaycanİran

Mədəni fəal Behnam Şeyxi sürgün edildi

Türk mədəni fəal Behnam Şeyxi Baharistan Ümumi və İnqilab Prokurorluğunun ikinci şöbəsinə çağırıldıqdan sonra 31 May çərşənbə günü axşam saatlarında Xuzistan əyalətinin Məscid-Süleyman şəhərinə göndərilib.

Məlumata görə, ana dili hərəkatı fəalı Behnam Şeyxi həbs cəzasından sonra iki illik sürgün cəzasını yaşamaq üçün mayın 31-də Xuzistan əyalətinin Məscid-Süleyman şəhərinə göndərilib.

2020-ci ilin Yanvar ayında, Tehran Apellyasiya Məhkəməsinin 54 -cü şöbəsi, hakim Babayi sədrliyi ilə, Behnam Şeyxi və başqa üç Azərbaycanlı mədəni fəalı 2013 -cü ildə Bəharestanda keçirilən Dünya Ana Dili Günü mərasimində iştirak etdikləri üçün ümumiyyətlə 8 il həbs və 8 il sürgünə məhkum etdi.

Behnam Şeyxi, cəzasını çəkmək üçün təhlükəsizlik qüvvələri tərəfindən 22 iyul 2020 -cı ildə həbs edildi. Şeyxi həbsdə olduğu müddətdə iki dəfə aclıq aksiyası keçirdi. İlk dəfə 21 Yanvar 2021-ci ildə Yusif Kariyə dəstək vermək və İran həbsxanalarında siyasi məhbusların hüquqlarını müdafiə etmək üçün yeddi siyasi məhbusla birlikdə aclıq aksiyası keçirdi. Bu kütləvi aclıq aksiyası yeddi gün davam etdi.

Related Articles

Bir cavab yazın

Back to top button