İran

Aviv Koçavi: “İrana qarşı basqılar davam etdirilməlidir”

Amerikanın İranla atom anlaşmasına qayıtması stratejik səhv olacaq. Bu anlaşma İranın atom silahı əldə etməsinə mane olmayacaq. Bu fikirləri İsrail ordusunun baş fərmandehi jeneral Aviv Koçavi Milli Əmniyət Araşdırmaları danişkədəsinin illik konfransında səsləndirib. Koçavinin sözlərinə görə, İran sürətlə atom silahı əldə etməyə doğru irəliləyir. Buna görə də dünya İrana qarşı basqıları davam etdirməlidir. “İran elə bir qabaqcıl santrifyujlar hazırlayıb ki, atom silahını bir neçə ay, bəlkə də bir neçə həftə içərisində hazırlamağa icazə verəcək”,-deyə o, bildirib.
Koçavi İsrail ordusuna İranın atom proramına bəzi məhdudiyyətlərin tətbiqi, habelə uzaqhədəfli raketlərin qarşısını almaqla bağlı plan hazırlamağı tapşırdığını açıqlayıb.

Related Articles

Bir cavab yazın

Back to top button