İran

MİLLI PUL VAHİDİ RİYALDAN TÜMƏNƏ DƏYİŞDİRİLDİ

Pul vahidinin möhkəmləndirilməsi və müəyyən nizama salınması ilə bağlı işlər həyata keçirilir.Bu məqsədlə İran pulundan 4 sifr azaldmağa qərar verdi.

Pul vahidinin möhkəmləndirilməsi və müəyyən nizama salınması ilə bağlı işlər həyata keçirilir.Bu məqsədlə İran pulundan 4 sifr azaldmağa qərar verdi.
İran İslami Şura Məclisində ölkənin milli pulundan 4 sifrin götürülməsi və milli pul vahidinin Riyal-dan Tümən-ə dəyişdirilməsi haqda qərar qəbul olunub.

Uzun illərdən bəri mübahisə edilən qanun maddəsi bu gün İran məclisində “Banki və Puli nizamın düzənlənməsi” layihəsi adıyla qəbul edilib. İran məclisinin xəbər ajansı “Millət Evi” saytının yaydığı məlumata görə 10 ildir mübahisə edilən tərh qəbul edilib və bu qanuna görə 1351-ci ildə qəbul edilən Riyal Tümən ilə dəyişdirilib.
Bundan qabaq ölkənin pul vahidi Riyal və bir altı Dinar olaraq qəbul edilmişdi ancaq İran-da Dinar olmadığı üçün uzun illərcə bu iş mənasız sayılırdı. Millət arasında pul vahidi olaraq Tümən bilinirdi.
İran məclisinin İqtisadi Komisyonu Üzvü Bəhməni bildirib ki 50 il ərzində qiymətlər 3 min 600 dəfə çoxalıb. Bəhməni-nin dediyinə görə İran-da köhnə pulları ortadan çıxarmanın 800 milyon və bir milyard tümən bir xərci var. Beləliklə bu xərcdən də azaltmaq olar.
Alınan qərara görə İran-ın mərkəz bankına 4 sifri puldan götürmək üçün 3 il fürsət tanınıb.

Related Articles

Bir cavab yazın

Back to top button