Azərbaycanİran

Tehran zindanında saxlanılan məhbuslar etiraz məktubu yaydı

"Böyük Tehran" zindanında acınacaqlı durum hökm sürür.

Bu barədə orada saxlanılan bir qrup məhbus açıq məktub yazıb.

Onlar minlərlə məhbusun saxlanıldığı zindanda içməli su, havalandırma, gigiyenik və başqa bu kimi problemlərin olduğunu bildiriblər.

Məktubda zindanın tibb məntəqəsinin faktiki olaraq fəaliyyət göstərmədiyi, Əkbər Fərahi, Əkbər Baqiri, Şapur Ehsani Rad və güney azərbaycanlı siyasi məhbus Əlirza Fərşinin xəstə olduqlarına baxmayaraq normal müalicə ala bilmədikləri qeyd olunub.

“Bununla yanaşı zindanda işlədilən məhbuslar istismar olunur. Onlar səhər saatlarından gecəyə kimi işlədirlir və ayda 80 min tüməndən 600 min tümənə kimi əmək haqqı alırlar. Bu, onların sadəcə ayda içməli suya ödədikləri məbləği belə qarşılamır”-deyə, məktubda yazılıb.

Açıq məktubda zindan məsullarının məhkumların hüquqlarını davamlı olaraq pozduqları, onlara qarşı qeyri-insani hərəkətlər edildiyi bildirilib.

Related Articles

Bir cavab yazın

Back to top button