Dünyaİran

İsveçdə iki İran əsilli casus saxlanılıb

İsveçin "Ekspersen" qəzetinin yazdığına görə, bu ölkənin polis və təhlükəsizlik sistemində çalışan iki İran əsilli qardaş xarici ölkəyə casusluq etdikləri üçün həbs ediliblər.

Məlumatda qardaşların 1994-cü ildə uşaq yaşlarında İsveçə getdikləri, böyük qardaşın 2011-ci ildən həbs olunana kimi İsveç polisinin təhlükəsizlik bölməsində çalışdığı bildirilir.

Qəzet böyük qardaşın adını çəkmədən onun ilk illərdə gömrük polisində, sonra polis qüvvələrinin təhlükəsizlik bölməsində və həbs olunduğu zaman isə İsveç Təhlükəsizlik Xidmətində işlədiyini yazıb.

Saxlanılanların kimliyi barədə dəqiq açıqlama verməyən “Ekspersen” qəzeti qardaşların ötən həftə sonu məhkəmə qarşısına çıxarıldıqlarını qeyd edib.

Related Articles

Bir cavab yazın

Back to top button