Bölgə

Ermənistan XİN: Yerevan Türkiyənin danışıqlar üçün nümayəndə təyin etməsini dəstəkləyir

Xatırladaq ki, Türkiyə və Ermənistan arasındakı əlaqələr 1993-cü ildən dayandırılıb və Azərbaycan torpağı olan Qarabağın ermənilər tərəfindən işğalına, habelə 1915-ci il hadisələri ilə bağlı ermənilərin əsassız iddialarına görə iki ölkə arasındakı sərhədlər bağlanıb

Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Ankara və Yerevan arasında münasibətlərin normallaşdırılması üçün xüsusi nümayəndə təyin edilməsi ilə bağlı Türkiyənin xarici içlər naziri Mövlud Çavuşoğlunun fikirlərini dəstəklədiyini deyib.

“Aznews tv”  xəbər verir ki, Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Van Onanyan özünün “Facebook” səhifəsindəki paylaşımında Mövlud Çavuşoğlunun çıxışı ilə bağlı yazıb: “Biz bu addımı müsbət dəyərləndiririk və Ermənistan da bu xüsusda özəl nümayəndə təyin edəcək”.

O, paylaşımında habelə qeyd edib ki, Ermənistan Türkiyə ilə müzakirələrə hazırdır.

Xatırladaq ki, Türkiyə və Ermənistan arasındakı əlaqələr 1993-cü ildən dayandırılıb və Azərbaycan torpağı olan Qarabağın ermənilər tərəfindən işğalına, habelə 1915-ci il hadisələri ilə bağlı ermənilərin əsassız iddialarına görə iki ölkə arasındakı sərhədlər bağlanıb.

Qeyd edək ki, dünən, dekabrın 13-də Mövlud Çavuşoğlu Ermənistanla münasibətlərin normallaşdırılması üçün xüsusi nümayəndə təyin edəcəklərini deyib.

Çavuşoğlu habelə bildirib ki, bu xüsusda atılacaq addımlar Azərbaycanla da koordinasiya ediləcək.

Related Articles

Bir cavab yazın

Back to top button