Azərbaycan

Təbrizdə 26 Azər mədəni soyqırım günü ilə bağlı uşaqlara türk dilində kitablar paylanıldı

Azərbaycanlı milli-mədəni fəallar Pəhləvi rejiminin 26 Azərdə türkcə kitabları yandırmaqla Güney Azərbaycanda mədəni soyqırım törətdiyi münasibətilə Təbrizdə uşaqlara türk dilində kitablar payladılar.

Aszərbaycanlı fəallar uşaqlar və yeniyetmələr çox sayda türk dilində nəşr olunan kitablar paylamaqla, fars şovinistləri tərəfindən türkcə kitabların yandırılması və Azərbaycana qarşı mədəni söyqırımın törədilməsinə etirazlarını bildiriblər.

Bu aksiya ilə azərbaycanlı milli fəalalr azərbaycanlı uşaqları ana dilində kitablar oxumağa həvəsləndirmək və qeyri-fars millətlərin dillərinə qarşı düşmənçilik siyasətinin pisləmişlər.

Qeyd edək ki, 1946-cı ildə İran rejiminin qoşunları Azərbaycana hücum edib və yenidən Azərbaycanı işğal etdikdən sonar Azərbaycan şəhərlərində soyqırım törədiblər. Onlar həmçinin dekabrın 17-də türk dilində nəşr olunan dərslik və kitabları kütləvi şəkildə yandırmaqla həmçinin mənəvi soyqırım törədiblər.

Related Articles

Bir cavab yazın

Back to top button