Dünya

Ned Prays: Danışıqların nəticə verməsi üçün İranın xoş niyyətli olması lazımdır

O, Enrike Moranın Tehrana səfəri öncəsi nüvə danışıqları ilə bağlı açıqlama verib.

Amerika Dövlət Departamentinin sözçüsü Ned Prays, Avropa Birliyinin nümayəndəsi  Enrike Moranın Tehrana səfəri ərəfəsində deyib ki, İranın xoş niyyət göstərəcəyi təqdirdə, müzakirələrin əhəmiyyətli dərəcədə inkişafına imkan var.

“Hazırda biz orta nöqtədəyik və hər hansı bir ssenariyə, nüvə anlaşmasına qayıtmağa və ya başqa bir alternativə eyni dərəcədə hazırıq”-deyə, Prays bildirib.

O, Avropa Birliyi komissarının xarici siyasət məsələləri üzrə müavini Enrike Moranın Tehrana səfərinin Amerikanın yeni mesaji yaxud yeni təklifi olacağı ilə bağlı suala cavab verib.

“Ümumilikdə proses baxımından dediyim odur ki, biz Avropa Birliyinin koordinatoru Enrike Mora ilə sıx əlaqə saxlayırıq. O, hər iki tərəfə mesajların ötürülməsinə davam edir”-deyə, ned Pray qeyd edib.

Xatırladaq ki, Qərb ilə İran arasında Vyanada baş tutan nüvə müzakirələri martın 11-də İranın anlaşmanın xaricindəki bir sıra tələbləri, o cümlədən Sepah-ın adının terror təşkilatları siyahısından çıxarılması tələbi ilə bağlı olaraq dayandırılıb.

Related Articles

Bir cavab yazın

Back to top button