Azərbaycanİran

İran saytından qeyri-obyektiv TƏHLİL: Laçın dəhlizi ilə bağlı böhran davam edir: Ermənistan-Azərbaycan münaqişəsi İran üçün niyə önəmlidir?

İranlı ekspert Əlirza Məkki “rouydad24” saytında Azərbaycana qarşı qərəzli məqalə dərc edib:

“İndi ki, rəsmi Bakı Laçın dəhlizindən xatircəm olub və Qarabağı əlində saxlayır, Zəngəzur dəhlizi ilə bağlı planlarını tamamlamağı düşünür: İran İslam Respublikası üçün həyati rol oynayan dəhliz. Bu dəhlizin əhəmiyyəti o qədər böyükdür ki, itirilsə, İranın Cənubi Qafqazla əlaqəsi praktiki olaraq kəsiləcək. Baxmayaraq ki, Bakının nəinki İranın iki əsas bölgəsəl rəqibi olan Türkiyə və İsraillə çox isti münasibətləri var, həm də son savaşdan sonra bu əlaqələr daha da genişlənib.

Azərbaycan Prezidenti İlham Əliyev bir neçə gün öncə dövlət televiziyası ilə çıxış edərək Laçın dəhlizinin Azərbaycana qaytarılması və Rusiya sülhməramlı qüvvələrinin bu bölgədən çıxarılmasından danışıb: bu isə geniş özündə regional aspektləri ehtiva etməklə yanaşı, Qafqaz bölgəsində daha strateji proseslərin getməsindən xəbər verir”.

Azərbaycan əleyhinə ittihamlarla dolu yazının davamında ekspert iddia edib: “Nəzərə almaq lazımdır ki, Qafqaza birbaşa çıxışın itirilməsi İran İslam Respublikası üçün də vacib məsələdir. Bu məsələ xüsusilə Bakının İrana qarşı separatçı tələblərini nəzərə alsaq, son dərəcə həssas məsələ yaradacaq. Digər tərəfdən, İranın yük və sərnişin daşımalarını asanlaşdırmaq üçün Fars körfəzini Rusiyanın şimal sərhədləri ilə birləşdirəcək Şimal-Cənub dəmir yolu xəttinin yaradılması planı da böyük problemlərlə üzləşəcək.

Bütövlükdə, görünən odur ki, Bakının Laçını tutandan və Ermənistanın Qarabağa çıxışı olmadığına əmin olduqdan sonra aktual planı Naxçıvanla birləşmək planlarını tamamlamaqdır: bu plan tamamlanacağı təqdirdə orta müddətli perspektivdə İranın təhlükəsizliyinə problemlər yarada bilər”.(İran Azad)

Related Articles

Bir cavab yazın

Back to top button