Dünyaİran

Avropa Birliyi İrana qarşı sanksiyalar tətbiq edir

Avropa Birliyi İran hökuməyinin etirazların qəddarca yatırılmasına cavab olaraq 4 quruma və 11 İran rəsmisinə sanksiya tətbiq etməyə hazırlaşır.

Oktyabrın 15-də Avropa Birliyi xalq etirazlarının geniş şəkildə yatırılmasındakı roluna görə dörd quruma və 11 yüksək rütbəli İran hərbi və təhlükəsizlik rəsmisinə sanksiya tətbiq edəcək.

Sanksiyalar “Əxlaqi Təhlükəsizlik Polisi”, “Bəsic-e Müstəzəfin”, SEPAH kibermüdafiə qərargahı və İran polis komandanlığına qarşı tətbiq olunacaq.

Bu sənəddə İslam Respublikasının 11 yüksək rütbəli təhlükəsizlik və hərbi qulluqçusunun adı da qeyd olunub ki, bu da Amerika Birləşmiş Ştatları, Böyük Britaniya və Kanadanın etirazların yatırılmasında iştirak edən insanlara qarşı tətbiq etdiyi son sanksiyalar siyahısına bənzəyir.

Related Articles

Bir cavab yazın

Back to top button