Dünya

Ərəb Dövlətləri Liqası İrana bağlı husilərin terror qruplaşmaları siyahısına salınmasına çağırış edib  

Bəyanatda qeyd edilir ki, bu hücum beynəlxalq qanunların kobud şəkildə pozulması ilə yanaşı, həyati və sivil təsisatlara, enerji mənbələrinə, qlobal iqtisadi sabitliyə, eləcə də bölgənin sülh və əmniyətinə qarşı təhdiddir.

Qahirədə yerləşən Ərəb Dövlətləri Birliyi keçirdiyi fövqəladə iclasdan sonra İranın dəstəklədiyi husi yaraqlılarının bir neçə gün öncə Əbu-Dabidə sivil obyektlərə qarşı həyata keçirdikləri hücumlarla bağlı bəyanat yayıb.

“Aznews tv”xəbər verir ki, sözügedən qurum husilərin terror qruplaşması adlandırılmasının zəruri olduğunu vurğulayıb.

Bəyanatda qeyd edilir ki, bu hücum beynəlxalq qanunların kobud şəkildə pozulması ilə yanaşı, həyati və sivil təsisatlara, enerji mənbələrinə, qlobal iqtisadi sabitliyə, eləcə də bölgənin sülh və əmniyətinə qarşı təhdiddir.

Ötən həftə Amerika prezidenti Co Bayden keçirdiyi mətbuat konfransında ölkəsinin husiləri yenidən terror qruplaşmaları siyahısına əlavə etmək məsələsini nəzərdən keçirdiyini bildirmişdi.

Qeyd edək ki, husilər İranın maliyyə, siyasi və hərbi dəstək verdiyi qruplaşmalardan biridir. Savaş meydanında uduzan qruplaşma İranın pulsuz verdiyi silahlarla Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanında sivil hədəflərə hücumlar təşkil edir.

Related Articles

Bir cavab yazın

Back to top button