Azərbaycan

Azərbaycanda ən çox səs Ərdoğana verilib

Türkiyə prezidenti və parlament seçkiləri üçün Azərbaycanda keçirilən səsvermənin nəticələri açıqlanıb. Rəsmi nəticələrə əsasən, Azərbaycanda ən çox səs hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğana verilib.

Bu barədə “Anadolu” agentliyi rəsmi mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, Azərbaycanda 15 məntəqədə keçirilən səsvermə prosesində seçicilərin 49.42 faizi (3642 səs) AKP sədri Rəcəb Tayyib Ərdoğana, 41,92 faizi, (2768 səs) CHP sədri Kamal Kılıçdaroğluna səs verib.

Bundan əlavə, Sinan Oğan 6,42 %, (424 səs), prezidentlikdən çəkilmiş Muharrem İncə isə 2,24 %,(14 səs) alıb.

Azərbaycanda 6 603 Türkiyə vətəndaşı səs verib, seçici fəallığı 60% olub.

Xatırladaq ki, Azərbaycanda yaşayan Türkiyə vətəndaşları 5,6 və 7 may tarixlərində səsvermədə iştirak ediblər. Azərbaycanda 11 mindən çox Türkiyə vətəndaşı səsvermə hüququna malik olub.

Qeyd edək ki, Türkiyədə seçki qutularının 99.99 faizinin açılmasından sonra “Cümhur İttifaqı”nın namizədi, hazırkı prezident Rəcəb Tayyib Ərdoğan 49,35 faiz, “Millət İttifaqı”nın namizədi Kamal Kılıçdaroğlu 45 faiz, ATA İttifaqının namizədi Sinan Oğan 5,22 faiz, Məmləkət Partiyasının sədri Muharrem İncə 0,43 faiz səs qazanıb.

Prezident seçkilərinin ilk turunda namizədlərin heç biri 50 faizdən çox səs toplaya bilməsə, mayın 28-də səsvermənin ikinci turu keçiriləcək.

Related Articles

Bir cavab yazın

Back to top button