İran

Çaldıran Vilayətində selin xəsarətlərindən son vəziyyət

Batı Azərbaycanın Çaldıran Vilayətinin fərmandarı Həsən Məhəmmədzadə sel xəsarətlərini açıqlayıb: “ötən gecəki sel daşqınları bu vilayətin 27 kəndinə xəsarət vurub. Vilayətdə baş verən güclü seldən vilayətin köpüsü və qonşu vilayətlərlə birləşdirici yollar dağlıb. İlk vaxtlardan imdad quvvələri yubatnadan vəziyyəti öyrənmək üçün hadisə yerinə göndərilib və gəliş-gedişlərin qurulması üçün ayrıca yol çəkilib. Körpünün bir gözü bütünlükdə dağılıb. Sel nəticəsində 2 nəfər ayaqüstü müalicə alıb, sonra müalicə mərkəzlərinə göndərilib. Onların İndilik durumu yaxşıdır. Sel nəticəsində 2 kəndin bərqi kəsilmişdir ki, Bərq İdarəsi bərpa işləri görməklə ötən gecdən 1 kəndə bərq birləşdirilib, ayrısı barədə isə işlər görülür. 2 kəndin də içməli suyu kəsilib, ümid edirik ki, bir neçə saat sonra içməli su təmin olunacaq. Ötən gecənin seli ilə 19 evə xəsarət yetib, bunlardan 9-u ağır xəsarət alıb, əhalilərinə imdad və yaşam imkanları göndərilib. Imdad quvvələri hadisə yerindədir və xəsarətləri hesablayırlar. Ustandarın göstərişi və başqa ilgili idarələrin köməyi ilə körpünün və birləşdirici yolun salınması və bərpası işləri qarşıdakı günlərdə baş tutacaq.”

Related Articles

Bir cavab yazın

Back to top button