Dünya

Düşmənin “Toçka-u” taktiki raket kompleksi məhv edilib

“Oktobrın 12-də Mingəçevir və Gəncə şəhərinə Ermənistan ərazisindən raket zərbəsi endirilib. Əgər dünən həmin raket məcmuələri məhv edilməsəydi, bu raketlər Bakıya da çata, hətta Dağlıq Qarabağa keçsə, məsafəsi Bakını da ötə bilərdi”.
Bu fikirləri Azərbaycan nizami Hava Qüvvələri fərmandehinin müavini, nizami Hava Qüvvələrinin Qərargah rəisi jeneral İkram Əliyev bildirib.
Onun sözlərinə görə, ballistik raketlərə qarşı xüsusi əməliyyat nəticəsində oktobrın 12-də Qubadlı şəhristanı ərazisində 1 ədəd “Toçka-U” raketi məhv edilib.
“Oktobrın 14-də gecə saat 1 radələrində 2 ədəd, səhər 8.30 radələrində 1 ədəd olmaqla “Elbrus” raket məcmuəsi Azərbaycan Ordusu tərəfindən tapılaraq məhv edilib. 300 km atış məsafəsinə sahib “Elbrus” raketi Dağlıq Qarabağa gətirilərdisə, Bakıya da çatardı. Kəşfiyyat məlumatlarına görə, Dağlıq Qarabağda yerləşən ümumqoşun hissələrində belə raket yoxdur. Bu, Ermənistanın 71-ci raket alayının tərkibindədir”, – deyə İkram Əliyev vurğulayıb.

Related Articles

Bir cavab yazın

Back to top button