Azərbaycan

Ərdəbildə 185 kəndin yolu bağlı qalıb

Bu barədə əyalətin Yollar və Yükdaşıma Nəqliyyatı İdarəsi məlumat yayıb.

Ərdəbil əyalətinin Yollar və Yükdaşıma Nəqliyyatı İdarəsinin başçısı Kəlimullah Vusuqi əyalətin kənd yollarının açılması üçün bütün çalışmalara baxmayaraq, hələdə 185 kəndin yollarının bağlı qaldığını deyib.

O, özəlliklə Anqut və Germi bölgələrində yolların açılmasının mümkün olmadığını, çox sayda kəndin ətraf aləmdən təcrid duruma düşdüyünü qeyd edib.

Yerli sosial media istifadəçiləri hazırda Anqut və Germi bölgələrinin kəndlərində ərzaq çatışmazlığı yaşandığını, ilgili qurumların yolların bağlanmasını bəhanə edərək bu yöndə tədbir görmədiklərini yazırlar.

Qeyd edək ki, yolların vaxtında açıla bilməməsinin əsas amillərindən biri yetərli və yararlı texnikanın olmamasıdır.

Bir müddət öncə İran parlamentində xaricdən 5 min ədəd texnikanın gətirilib Yollar və Yükdaşıma Nəqliyyatı İdarəsinin istifadəsinə verilməsi ilə bağlı güzəştli şərtlərin tətbiq edilməsi təklifi qəbul olunmadı.

 

پاسگاه پلیس راه گرمی- بیله سوار با هزینه کرد ۴ میلیارد تومان به بهره برداری  می رسد - خبرگزاری بازار

Related Articles

Bir cavab yazın

Back to top button