Dünyaİran

Cavid Rəhman İran İrandakı zorakılıq şəraitini misilsiz adlandırıb

İranda insan haqları üzrə xüsusi məruzəçi Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasına təqdim etdiyi İranda insan haqlarının vəziyyəti ilə bağlı beşinci hesabatında İran İslam Respublikasındakı zorakılıq şəraitini misilsiz adlandırıb.

Cavid Rəhman 22 yaşlı qızın əxlaq polisi tərəfindən həbs olunduqdan sonra xəstəxanada ölməsi və bunun xalqı qəzəbləndirdiyini, ölkə boyu kütləvi etiraz dalğaları və siyasi dəyişiklik tələb edən sosial təbəqələrin üsyanına toxunaraq,  insan hüquqlarının bərpası üçün xüsusilə qadın və yeniyetmələrin daha fəal rol oynadıqlarını vurğulayıb.

O, vətəndaşların qorxusunun töküldüyünü və proqnozlaşdırıldığı kimi Tehran hakimiyyətinin etirazçılara qarşı repressiyalar, söz azadlığının məhdudlaşdırılması və internetin kəsilməsi ilə cavab verdiyini deyib.

Cənab Rəhman bildirib ki, sentyabrın 22-də xüsusi məruzəçilər və müstəqil ekspertlərlə birlikdə bu repressiyanı pisləyərkən İran hakimiyyətindən dinc etirazlara qarşı gücdən istifadəni dərhal dayandırmağı, növbəti zorakılıqların qarşısını almaq üçün müstəqil, qərəzsiz və sürətli araşdırma aparmağı tələb etdiyini bildirib.

Related Articles

Bir cavab yazın

Back to top button