Dünya

Moskvada antiterror əməliyyatı rejimi TƏTBİQ EDİLDİ

Rusiya paytaxtı Moskva şəhərində və Moskva vilayəti ərazisində mümkün terror aktlarının qarşısının alınması məqsədilə antiterror əməliyyatı rejimi tətbiq edilib.

 Rusiya mətbuatı xəbər verir ki, bu barədə ölkənin Milli Antiterror Komitəsi məlumat yayıb.
Bildirilib ki, oxşar rejim Voronej vilayətində də tətbiq olunub.
Qeyd edək ki, ”Vaqner” hərbi təşkilatı gecə saatlarında Ukraynadakı mövqelərini tərk edərək Rusiya ərazisinə daxil olub. Təşkilatın rəhbəri Yevgeni Priqojin bu addıma səbəb kimi ”Vaqner”in düşərgələrinə raket hücumunun həyata keçirilməsini göstərib. Priqojin hücumun Rusiya MN-nin bölmələri tərəfindən edildiyini yazıb. Rusiya MN isə bu iddianı təkzib edib.
Rusiya Baş Prokurorluğu tərəfindən Priqojinə silahlı üsyana təhrik maddəsi ilə cinayət işi açılıb.
Bu gün səhər saatlarında isə Rostov şəhəri və Cənub Hərbi Dairəsi Qərargahı “vaqnerçi”lər tərəfindən ələ keçirilib.

Related Articles

Bir cavab yazın

Back to top button