İran

İranın keçmiş deputatının həyasızlığı: “İran ordusu və SEPAH Azərbaycanı İrana birləşdirməlidir!”

İran Neft Kəşfiyyatı Şirkətinin İdarə Heyətinin sədri, İran parlamentinin keçmiş deputatı Hedayətullah Xademi Türkiyə və Azərbaycana qarşı nifrət saçaraq, son dərəcə həyasızcasına Azərbaycan Respublikasının İrana ilhaq edilməsinə çağırış edib.

Azərbaycan və Ermənistan arasında toqquşmaların başlaması ilə eyni vaxtda sözügedən İran rəsmisi şəxsi Twitter səhifəsində Ermənistanı dəstəkləyərək absurd ədəbiyyatla yazıb: “İranın gücünü dünyaya göstərmək və xüyaya qapılmış Ərdoğana dərs vermək” üçün “elə indi İran ordusu və SEPAH-ın Əliyevə möhkəm sillə vurmağının vaxtıdır!”.

Bu anti-türk ünsür başqa bir tvitində Azərbaycan Respublikasını “İrandan zorla qoparılmış ərazilər” adlandıraraq yazıb ki, “Çin Honq-Konqu geri aldığı” kimi, İran hökuməti də Azərbaycan Repsublikasını İrana birləşdirməlidir.

https://bit.ly/3qJ1qSd

Related Articles

Bir cavab yazın

Back to top button