İqtisadiyyat

Sanksiyalar İranın neft gəlirlərini azaldıb

İrana qarşı ən yüksək basqı kəmpeyni çərçivəsində ölkənin nəft gəlirlərinə 70 milyard dolarlıq zərər vurulub. Bu barədə Amerika Xarici İşlər Vəzirliyinin İrana dair yaydığı raporda bildirilib.
“İrana qarşı ən yüksək basqı kəmpeyni hələ də inanılmaz dərəcədə təsirlidir. Bu gün İran iqtisadı milli pul böhranı, artan dövlət borcu və təvərrümlə üzləşib. Ən yüksək basqı kəmpeynindən öncə İran gündə təqribən 2 milyon yarım boşkə nəft sadir edirdi. İndi isə bunun dörddə birini belə göndərməkdə çətinlik çəkir. 2018-ci ilin mey ayından bəri İranın 70 milyard dolardan çox nəft gəlirləri əldə etməsinə mane olmuşuq. İldə demək olar 50 milyard dolar pul əldə etməsinin qarşısını almağa davam edəcəyik. İran rialının dəyəri bu kəmpeyn başlayandan bəri dolar qarşısında beşdə bir azalıb. Ölkədə naxalis toolidin həcmi üç ildə yüzdə 6-ya düşüb”, -deyə raporda qeyd edilib.

Related Articles

Bir cavab yazın

Back to top button