Dünya

ABŞ Minsk Qrupuna qadın həmsədr təyin etdi

ABŞ Dövlət Departamenti ATƏT-in Minsk qrupuna yeni həmsədr təyin edib.

Lora Okla Endrü Skoferi əvəzləyib.

Hazırda Rusiyadan İqor Xovayev, Fransadan Bris Rokfey həmsədrlik edir.

Lora Okla Ermənistan-Azərbaycan münaqişəsini dinc yolla nizamlamaq adı ilə yaradılmış Minsk qrupunda ilk qadın diplomatdır.

1992-ci il martın 24-də Avropada Təhlükəsizlik və Əməkdaşlıq Məclisinin (Təşkilatının) Xarici İşlər Nazirləri Şurası Dağlıq Qarabağa dair sülh konfransının çağırılması qərarı qəbul edib. Konfransın Minskdə keçirilməsi nəzərdə tutulub.

1992-ci il mayın 1-də konfransın reallaşması üçün Minsk qrupu yaradılıb.

Minsk qrupunda Rusiya, Fransa, ABŞ, Azərbaycan və Ermənistanla yanaşı Belarus, Almaniya, İtaliya, İsveç, Finlandiya, Türkiyə də yer alır.

Azərbaycan Silahlı Qüvvələrinin 2020-ci il sentyabrın 27-dən apardığı əməliyyatlarda və 10 noyabr atəşkəsində əldə olunan razılaşma nəticəsində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Ağdam, Kəlbəcər rayonları tam, Şuşa, Xocavənd, Xocalı, Laçın rayonları və keçmiş Ağdərə rayonu qismən azad olunub. (report.az)

Related Articles

Bir cavab yazın

Back to top button