az

Rodriqo Maya azad edilmiş ərazilərə dəvət olunub

Brezilin millət vəkilləri otağının başqanı Rodriqo Maya Azərbaycan cümhurisinin bu ölkədəki səfiri Elxan Poluxovla görüşüb. Bu barədə Azərbaycan cümhurisinin Brezildəki səfirliyindən məlumat verilib. Görüşdə Elxan Poluxov septambr-novambr aylarında Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi uğurlu əməliyyatlar nəticəsində Dağlıq Qarabağ və ətraf yeddi ustan erməni işğalından azad olunduğu haqqında məlumat verib. Millət vəkilləri otağının başqanı Rodriqo Maya bölgədə barışın bərqərar olunmasından məmnunluğunu ifadə edib. O, ölkələrimiz arasında sıx ilgilərin olduğunu və bunun gəlişdirilməsi üçün potensialın mövcudluğunu da vurğulayıb.
Görüşdə ikitərəfli ilgilərin genişləndirilməsi yönündə məsələlər müzakirə edilib.
Səfir Elxan Poluxov Rodriqo Mayanı Azərbaycana səfərə və işğaldan azad edilmiş əraziləri ziyarət etməyə dəvət edib.

Related Articles

Bir cavab yazın

Back to top button