İran

İranda sel insan tələfatına səbəb olub

Qərbi Azərbaycanın Bukan, Qəzvin əyalətinin Ələmur və Loristan əyalətinin Mehran şəhərində baş verən sel nəticəsində üç nəfər həyatını itirib.

24 əyalətdə baş verən daşqınlar Qərbi Azərbaycan, Şərqi Azərbaycan, İlam, Kürdüstan, Kirmanşah və Loristan əyalətlərində daha ciddi fəsadlara səbəb olub.

Hazırda qeyd olunan əyalətlərin 16 şəhərində xilasetmə işləri aparılır.

Daşqınlar nəticəsində körpülər, yollar dağılıb, kommunikasiya əlaqələri və elektrik xətləri kəsilib.

Related Articles

Bir cavab yazın

Back to top button