Dünya

NATO-nun Ukrayna ilə bağlı fövqəladə sammiti başlayıb

Belçikanın paytaxtı Brüssel şəhərində NATO-ya üzv olan ölkələrin dövlət və hökumət başçılarının fövqəladə iclası başlayıb.

Sammit Alyansın mənzil-qərargahında keçirilir.

Toplantıda ABŞ Prezidenti Cozef Bayden, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Fransa Prezidenti Emmanuel Makron, NATO-nun Baş katibi Yens Stoltenberq və digər liderlər iştirak edirlər.

Liderlər iclasdan əvvəl ailə fotosu çəkdiriblər.

Sammit Rusiya-Ukrayna müharibəsinə həsr olunub. (report.az)

Related Articles

Bir cavab yazın

Back to top button