Dünya

Putin Lukaşenko ilə danışıqlar aparacaq

Rusiya prezidenti Vladimir Putin Soçidə belaruslu həmkarı Aleksandr Lukaşenko ilə danışıqlar aparacaq. Bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Belarus Rusiyanın ən yaxın müttəfiqidir və iki dövlətin başçıları müntəzəm olaraq ünsiyyət qururlar.

Belə söhbətlərdə “saatların sinxronlaşdırılması, koordinasiya, fikir mübadiləsi” baş verir.

Qeyd edək ki, iki lider arasında bu il yeddinci görüş olacaq. Lukaşenko ilə Putin arasında əvvəlki danışıqlar iyulun 23-də Sankt-Peterburqda baş tutub.  Bundan başqa, dövlət başçıları mütəmadi olaraq bir-birinə zəng edirlər. Onlar arasında sonuncu telefon danışığı avqustun 30-da reallaşıb. O zaman Putin şəxsən Lukaşenkonu ad günü münasibətilə təbrik edib.

Related Articles

Bir cavab yazın

Back to top button