AzərbaycanCəmiyyətİran

Türkiyə diplomatı güneylilərə təşəkkür etdi

Türkiyənin Urmiya Baş Konsulluğu videomüraciət yayımlayaraq urmiyalılar tərəfindən toplanan humanitar yardımın ən qısa zamanda zəlzələdən zərər çəkmiş bölgələrə göndəriləcəyini açıqlayıb

Baş konsul Fəhim Çətin oxşar yardımların Təbriz və başqa bir neçə şəhərdən də edildiyini deyib.

Konsul zəlzələdən sonra Urmiya Baş Konsulluğu ilə əlaqə saxlayan və başsağlığı bildirən urmiyalıların həmrəyliyini yüksək qiymətləndirib və onlara təşəkkür edib.

Qeyd edək ki, fevralın 14-də təbrizlilər də zəlzələdən zərər görənlərə yardım və Türkiyə ilə həmrəy olduqlarını bildirmək üçün konsuluğa gediblər.

Onlar zəlzələdən zərər çəkənlərə çatdırılması üçün 250 odeyal, istilik qurğuları və başqa zəruri malları Türkiyə konsulluğuna təhvil veriblər.

Related Articles

Bir cavab yazın

Back to top button