Azərbaycan

Cənubi Qafqazda yeni era – Yevlax görüşü və erməni arzuları 23 saat 43 dəqiqə…

Antiterror tədbiri bitti və Azərbaycan ordusu qarşıya qoyulan tarixi vəzifəni böyük ustalıqla icra etdi. Ermənistan və onun himayədarlarının məkrli planları ilə qurulmuş “boz zona” ləğv edildi. Üstəlik, Azərbaycan ordusuna bu problemi həll etmək üçün 24 saatdan da az bir zaman lazım oldu. Düz 23 saat 43 dəqiqə...

Erməni himayədarlarının canfəşanlığı…

Azərbaycan ordusunun lokal antiterror tədbirlərinin başlanmasından dərhal sonra ABŞ, Fransa, Avropa Birliyi və s. ermənipərəst beynəlxalq dairələr dərhal hərəkətə gəldilər. Rəsmi Bakının antiterror tədbirlərini dayandırmağa çağırdılar, üstəlik, yenə də bu problemin hərbi yolla həllinin mümkün olmadığını xüsusi olaraq, vurğuladılar. Lakin Azərbaycan Respublikası söylənilən fikirlərə əhəmiyyət verməyərək seperatçıların “tetris”ə bənzər bayraqlarını aradan qaldırdılar. Axı, Azərbaycan 30 ildir ki, öz mövqeyində haqlı idi, görmədilər və duymadılar erməni tüstüsünə illərlə kor olanlar.

Yevlax görüşü…

Bu artıq faktiki bir reallıqdır. Reallıq odur ki, 30 ildən çox bir müddət ərzində Minsk qrupunun, BMT – nin həll edə bilmədiyi problemi indi Yevlax görüşü həll edəcək. Nə yerinə yetirilməyən qətnamələr, nə də ATƏT – in “turist diplomatlar”ı. Sadəcə öz meydanımızda – Yevlaxda. Azərbaycan hazırda siyasi legitimliyini və reputasiyasını çox yüksək səviyyəyə çıxarmış oldu. Bu faktiki olaraq Azərbaycanın həm beynəlxalq aləmdə, həm də regionda bir növ böyüklüyünü, Qərbin isə növbəti biabırçılığını göstərdi.
Yevlax görüşünə gəldikdə isə Prezident İlham Əliyevin dediyi kimi, “Bircə yol qalıb – Azərbaycan qanunlarına tabe olmaq, Azərbaycanın sadiq və sadə vətəndaşı olmaq, saxta dövlət atributlarını zibil qutusuna atmaq, “parlament”i buraxmaq.

Adicə Nikol Paşinyanın özü də bilir ki, bu prosesdən gələcək imkanlar hər kəsə xeyir verəcək.

Artıq Ermənistanın da özüntəcrid sistemi dayanmalı və tez bir zamanda Zəngəzur dəhlizi də açılaraq Cənubi Qafqazda sıx əməkdaşlıq təmin olunmalıdır.

Ələxsus həmin görüşdə erməni azlığının təmsilçilərinə Azərbaycan cəmiyyətinə reinteqrasiya prosesinin bütün prosedurları və şərtləri prinsipial şəkildə izah olunacaq. Erməni azlığının rəsmi Bakının reintqrasiya şərtlərini müzakirə etmək, ya da ondan yayınmaq kimi ikinci bir şansı yoxdur.

Böyük ehtimalla Azərbaycana qarşı hərbi cinayətlər törətmiş erməni separatçılar da cəzasız qalmayacaqlar. Onların böyük əksəriyyətinin həbs edilmə ehtimalı kifayət qədər ciddidir. Ötən gün Ermənistanın “Hraparak” nəşri bu barədə artıq məlumat yayıb. Erməni nəşrinin iddiasına görə, rəsmi Bakı Qarabağdakı separatçılara konkret siyahı göndərib və orada adları olan şəxslərin Azərbaycana təhvil verilməsini tələb edib.

“Boz zona” ləğv olundu və biz artıq Cənubi Qafqaz regionunda yeni bir dövrün başlanğıcına şahid oluruq!

Related Articles

Bir cavab yazın

Back to top button