İran

Babək Ağazadəyə həbs hökmü çıxarılıb

Güney Azərbaycanın Məlekan şəhrdarlığında təmizlik işçisi kimi çalışan, 2019-cu ilin novambrındakı etirazlar zamanı tutuqlanan Babək Ağazadə Marağa İnqilab Məhkəməsi tərəfindən həbs cəzasına məhkum edilib. Məlumata görə, Ağazadənin məhkəməsi qazi Məhəmməd Cabbarinin rəisliyi ilə keçirilib. Azərbaycanlı məhbusa “anti-rejim qruplarına üzv olmaq” ittihamı ilə dörd il, “rejimə qarşı təbliğat” ittihamı ilə isə bir il həbs cəzası verilib. İslam Cəza Qanununun 134-cü maddəsinə əsasən, məhkəmə qərarı təyid olunarsa, Ağazadəyə dörd il həbs cəzası veriləcək. Qeyd edək ki, son günlərdə verilən məhkəmə hökmü barədə onun vəkili Səccad Vəlibəyliyə bilgi verilib. Xatırladaq ki, Babək Ağazadə 16 desambr 2019-cu il saat 22:00-da iş vaxtı İttilaat Vəzirliyinin məmurları tərəfindən tutuqlanıb və bilinməyən yerə aparılıb. O, Təbrizin İttilaat İdarəsinin baazdaştqahında iki ay saxlanıldıqdan sonra zindana köçürülüb. Təhqiqat başa çatanadək 600 milyon tümənlik vəsiqə qarşılığında azad edilib. Məlumata görə, əmniyət orqanları Babək Ağazadənin atasını şantaj, təhdid və basqı yolu ilə oğluna qarşı etiraflar etməyə məcbur ediblər. Azərbaycanlı siyasi məhbusun atasının məcburi etirafları İranın əmniyyət qurumları tərəfindən qeydiyyata alınıb.

Related Articles

Bir cavab yazın

Back to top button