İran

Si̇yasi̇ məhbus Abbas Li̇sani̇ xəstəxanaya köçürülüb

Güney Azərbaycan Milli Hərəkatının tanınmış simalarından biri, siyasi məhbus Abbas Lisani mərizxanaya köçürülüb. Bu barədə onun həbsxanadakı yoldaşları bilgi yayıblar. Məlumata görə, Abbas Lisani bir neçə gündür bel və diz nahiyələrindəki şiddətli ağrılardan əziyyət çəkib. Həbsxana doktorlarının müalicəsi isə yetərli təsir göstərməyib. Fəalın durumu ilə bağlı bu günə qədər müxtəlif uluslararası insan haqları təşkilatları İran hökumətinə çağırış edib. Təşkilatlar Abbas Lisaniyə qarşı irəli sürülmüş ittihamlara, ədalətsiz məhkəmə qərarına və ona qarşı göstərilən basqılara son verilməsiniistəyiblər.

Qeyd edək ki, meyin 21-də “Ərk” Azərbaycan İnsan Haqları Cəmiyyəti azərbaycanlı məhbusların hüquqlarının pozulması və Abbas Lisaninin sağlıq durumunun pisləşməsi ilə bağlı Birləşmiş Millətlər Təşkilatına müraciət edib. Belə ki, məsələ ilə bağlı Birləşmiş Millətlər Təşkilatının İranda İnsan Haqları üzrə özəl quzarişçisi Cavid Rəhmana məktub göndərilib.

“Azərbaycanlı mədəni fəal Abbas Lisaninin sağlıq durumu narahatlıq doğurur. Koronavirusun həbsxanalarda yayılmasına baxmayaraq, mədəni fəal mürəxəsiyə buraxılmayıb”- deyə məktubda bildirib. Müraciət mətnində həbsxana məsullarının Abbas Lisaniyə qarşı qanunsuz basqılarından da bəhs edilib.

“Ay yarımdır ki, Abbas Lisaniyə şüşə arxasından ailəsi ilə görüşə də icazə verilmir. O, bel və diz ağrılarından əziyyət çəkir, hərəkət edə bilmir. Həkimlər onun əməliyyatqabağı müayinəyə ehtiyacı olduğunu və mərizxanada müalicə almasının vacibliyini bildiriblər.

Ancaq bu günə kimi Ərdəbil məhkəmə sistemi başçıları və həbsxana məsulları bu məhbusun sağlıq durumu ilə bağlı öz vəzifələrini yerinə yetirməyiblər.

Xatırladaq ki, Abbas Lisani 2019-cu il janviyənin 15-də Təbrizdə saxlanılaraq Ərdəbil həbsxanasına köçürülüb. O, sifariştapşırıqlı və ədalətsiz məhkəmədə qondarma ittihamlarla 15 illik həbsə məhkum edilib.

2020-ci ilin oktobrundan bəri Abbas Lisaniyə qarşı basqılar şiddətlənib. Abbas Lisani dinc və mədəni fəaliyyətlərinə görə davamlı olaraq İranın əmniyyət orqanlarının basqıları altında olan azsaylı fəallardandır.

Related Articles

Bir cavab yazın

Back to top button