İran

İran məhkəməsi Qarabağa görə həbs edilmiş ərdəbilli hüquqşünası 16 il həbs cəzasına məhkum etdi

Ərdəbil İnqilab Məhkəməsi hüquqşünasa qarşı bir neçə ağır ittiham irəli sürərək onun uzun müddətli həbsinə qərar verib.

O, “rejimə qarşı olan media ilə əlaqə saxlamaq və sosial şəbəkələrdə sistemin bütünlüyünə və təməlinə qarşı çıxmaq məqsədilə müsahibələr vermək, həqiqətə uyğun olmayan məlumatlar dərc etməklə İran İslam cümhuriyyəətiin sisteminə qarşı təbliğat fəaliyyəti aparmaq”da ittiham edilib.

Milli fəala qarşı eləcə də “ölkənin təhlükəsizliyini pozmaq məqsədi ilə gerçək olmayan qrupları idarə etmək” və “ölkənin təhlükəsizliyini pozmaq məqsədi ilə qeyri-qanuni qruplara və dəstələrə üzv olmaq”da suçlandırılır.

İran təhlükəsizlik və kəşfiyyat idarəsinin Ərdəbil bölməsinin hesabatına istinadən verilən məhkəmə qərarında Pərviz Siyabinin sayberi məkanda və teleqram qruplarında fəaliyyəti, səsli fayllar yayması, 24 juiyyə tarixində Təbrizdə keçirilən etiraz aksiyalarına dəstək verməsini cinayət hesab olunub.

Qərarda o, Abbas Lisaninin başçılıq etdiyi qeyri-qanuni “Güney Azərbaycan” qrupunun üzvü olmaqda ittiham edilib.

Related Articles

Bir cavab yazın

Back to top button