Dünya

Türkiyədə DƏHŞƏT YAŞANIR: xeyli sayda kənd boşaldıldı, ölənlər var

Türkiyənin Antalya şəhərində dünəndən başlayan meşə yanğınları Manavqat qəsəbəsində şiddətlənib.

Məlumata görə, qəsəbənin 4 fərqli nöqtəsində meşə yanğını başlayıb. Bəlli olub ki, yanğın yaşayış yerləri və əkinçilik sahələrinə də sıçrayıb. Türkiyənin əkinçiliyi və Meşə vəziri Bəkir Pakdemirli yanğınla bağlı keçirilən mətbuat konfransında bildirib ki, yanğında 3 vətəndaş dünyasını dəyişib. Vəzirin sözlərinə görə, Manavgat mahalının Dikmen Məhəlləsində meşəlik ərazidə davam edən yanğın küləyin təsiri ilə böyüyüb və qısa müddətdə bir çox evə yayılıb. Yanğın məntəqəsinə girişlər tamamilə bağlıdır. Sakinlər polis dəstələri tərəfindən köçürülüb.

4 nöqtədən başlayan yanğınlarda qəbiristanlıqlar, zeytun bağları, dəfnə və badam bağları da alovların ortasında qalıb. Yanğın nəticəsində bölgədə heyvanlar tələf olub.

Meşə yanğınlarından zərər çəkmiş şəxslərin sayı 62 nəfərə çatdığı vurğulanıb. Yanğının turizm məkanları üçünsə təhlükə törətmədiyi qeyd edilib.

Türkiyənin əkinçilik və Meşə naziri Bekir Pakdemirli bildirib ki, Türkiyənin müxtəlif yerlərində davam edən yanğınla ilgili Antalyanın 18 kənd və məhəlləsi, Adananın 11 kəndi, Mersinin isə 5 kəndi təhükəsizlik məqsədilə boşaldılıb.

Prezident Rəcəb Tayyib Ərdoğan bildirib ki, əkinçilik vəzirliyi, Daxili İşlər vəzirliyi, Xarici İşlər vəziri, Mədəniyyət və Turizm vəziri, valilik və Antalya Böyükşəhər Bələdiyyəsinin müvafiq bölmələri yanğını hər cür teknika, təchizatla söndürməyə çalışır, eyni zamanda işçi timinə ehtiyac var. Yanğından zərərçəkən vətəndaşlara üz tutan prezident əlavə edib ki, onun baş vermə səbəbləri ciddi şəkildə araşdırılacaq. “İstəyimiz odur ki, yanğınları ən qısa müddətdə nəzarət altına alaraq söndürə bilək” , – deyə o, yekunda qeyd edib.

Qeyd edək ki, indiyədək yanğınların söndürülməsinə 2 uçaq, 8 helikopter, 50 suvaran teknikası, 2 buldozer cəlb edilib.

Related Articles

Bir cavab yazın

Back to top button