Dünyaİran

İRAN İSRAİLƏ HÜCUM ETDİ

İranın İsrailə hücumu ilə bağlı yeni detallar məlum olub.

“The New York Times”a istinadən xəbər verir kiİran İsrailə 185 PUA və 36 qanadlı raket atıb.

İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) İsrail ordusunun mühüm hərbi hədəflərinin müvəffəqiyyətlə vurulduğunu bəyan edib.

“Onları məhv etdik” – məlumatda qeyd edilib.

İranın BMT-dəki Nümayəndəliyi açıqlama yayaraq bildirib: “İranın BMT-nin özünümüdafiə nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq həyata keçirdiyi hərbi əməliyyat sionist rejimin Dəməşqdəki diplomatik binalarımıza hücumuna cavab idi.

Məsələnin yekunlaşdığını güman etmək olar. Lakin İsrail rejimi növbəti səhvə yol verərsə, İranın reaksiyası daha sərt olacaq. Bu, ABŞ-nin uzaq durmalı olduğu İran və yaramaz İsrail rejimi arasında olan münaqişədir!”

İsraildən isə bildirilb ki, 300-ə yaxın İran mərmisinin 99%-ni zərərsizləşdirib.

İsrail ordusunun sözçüsü Daniel Haqariyənin  sözlərinə görə, İran İsrailə doğru 170 pilotsuz uçuş aparatı buraxıb, onların heç biri İsrail sərhədlərinə çatmayıb.

“Onlar müttəfiqləri ilə birlikdə İsrail hərbçiləri tərəfindən vurulub. Bundan əlavə, İran İsrailə 30 qanadlı raket atıb və İsrail ordusu onlardan 25-nin qarşısını ala bilib”.

Haqari həmçinin İranın İsrailə 120 ballistik raket atdığını bildirib. Onlardan bəziləri İsrailin raketdən müdafiə sistemini aşaraq Nevatim aviabazasına uçub. Ordu sözçüsü bildirib ki, bazaya cüzi ziyan dəyib.

Xatırladaq ki, İsrail ordusu aprelin 1-də Suriyanın Dəməşq şəhərindəki İran konsulluğunun binasına hava hücumu həyata keçirib. Hadisə nəticəsində İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) ikisi general olmaqla 7 üzvü həlak olub. Hücumdan 13 gün sonra İran cavab addımı atıb.

İran İsrailə qarşı pilotsuz təyyarələrin üçüncü dalğasını buraxıb.

Bu barədə İsrailin “Kanal 12” telekanalı xəbər yayıb.

Bundan əlavə, telekanalın məlumatına görə, İranın İsrailə doğru uçan bəzi pilotsuz təyyarələri Suriya səmasında ələ keçirilib.

Qeyd edək ki, daha əvvəl İrana məxsus onlarla pilotsuz təyyarənin İraqın cənub əyalətləri üzərindən İsrail ərazisinə doğru uçduğu bildirilib. İrandan buraxılan döyüş başlıqlı pilotsuz təyyarələr İordaniya ərazisi üzərində də müşahidə edilib.

İsrail ordusunun sözçüsü Daniel Hagari İranın pilotsuz təyyarələrinin yəhudi dövlətinə hücumunu ciddi və təhlükəli eskalasiya adlandırıb: “İran öz ərazisindən birbaşa İsrail dövlətinə hücum etdi. Bu, ciddi və təhlükəli eskalasiyadır”.

Bu arada “Əl-Qahirə Əl-İxbariya” telekanalı ABŞ Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyarələrin İraq və İordaniya səmasında olduğu xəbərini yayıb.

Məlumatda qeyd olunur ki, ABŞ İranın pilotsuz təyyarələrini ələ keçirmək üçün havaya qaldırılıb.

İran İsrailə pilotsuz təyyarələrlə zərbə endirib.

Bu barədə İsrailin dövlət radiosu olan KAN xəbər verib.

İranın onlarla pilotsuz təyyarəsi İraqın cənubundan İsrail istiqamətində hücuma keçib.

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrailə hücuma başladığını təsdiqləyən bəyanat yayıb.

Bəyanatda bildirilib ki, bu, İsrail ordusunun bu ayın əvvəlində Dəməşqdəki konsulluq binasına endirdiyi zərbəyə, iki general da daxil olmaqla bir neçə SEPAH üzvünün öldürülməsinə cavabdır.

SEPAH İsraildəki xüsusi hədəfləri onlarla pilotsuz uçuş aparatı, raketlərlə və qanadlı raketlərlə vuracağını bəyan edib.

İsrail Baş naziri Benyamin Netanyahu xalqa videomüraciət edib.

“Biz həm müdafiədə, həm də hücumda istənilən ssenariyə hazırıq” – deyı, o, qeyd edib.

İraqın Nəqliyyat Nazirliyi pilotsuz təyyarələrin İran ərazisindən İsrailə doğru buraxılmasından sonra ölkənin hava məkanının bağlanması barədə göstəriş verib.

Bundan əvvəl “Al Arabiya” telekanalı İrandan buraxılan pilotsuz təyyarələrin hazırda İraq ərazisini keçməsi səbəbindən Bağdad Beynəlxalq Hava Limanı üzərində hava məkanının bağlandığını bildirib.

Bundan sonra İordaniya,  Liviya və Misirlə  də hava məkanının bağlanması barədə qərar verib. 

Livanın “Hizbullah” hərəkatı da İsrail ərazisinə üç raket və iki hücum pilotsuz uçuş aparatı atışını həyata keçirib.

Buna cavab olaraq İsrail ordusunun artilleriyası Livanın cənubuna zərbələr endirib.

Related Articles

Bir cavab yazın

Back to top button