Dünya

Amerıka: “İranın husiləri silahlandırması yəmən münaqışəsını uzadır”

Amerikanın Birləşmiş Millətlər Təşkilatındakı səfiri Keli Kraft, İranın Yəməndəki husi yaraqlılarına silah göndərməsi ilə bağlı ixtar verib. Həmçinin, bu addımın ölkədə toqquşmaların davam etməsinə səbəb olduğunu açıqlayıb.
Kraft, Əmniyət Şurasının toplantısında Amerika və müttəhidlərinin Yəmən husilərinə silah daşıyan gəmini ələ keçirdiyini xatırladıb.
“Yəmənə daha çox silah lazım deyil. İran husiləri silahlandırmaq səylərini dayandırmalıdır. Çünki bu, Yəmən qarşıdurmasını uzadır”, -deyə səfir əlavə edib.
Birləşmiş Millətlər Təşkilatı Yəməndə münaqişə tərəfləri arasında atəşkəs yaratmaq və 2018-ci ilin sonundan bəri dayandırılmış sülh danışıqlarının yenidən başlamasına çalışır.
Kraft münaqişənin Birləşmiş Millətlər Təşkilatının vasitəçiliyi ilə həll olunmasının vacibliyini vurğulayıb. O, koronavirusun yayıldığı bir vaxtda husilərin hücumlarının milyonlarla yəmənlini lazımi tibbi-müalicə xidmətlərindən və təmiz sudan məhrum etdiyini də bildirib.

Related Articles

Bir cavab yazın

Back to top button