Azərbaycanİran

ETTELAAT güneyli gəncə işgəncə verib

2022-ci ilin sentyabr ayının 22-də İran Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) məmurları tərəfindən Təbrizdə həbs edilən Şəhriyar Cəfərinin talei barədə məlumat verilmir.

Bu barədə onun yaxınları məlumat yayıblar.

Onlar etiraz aksiyalarında iştirak etdiyi bəhanəsi ilə həbs edilən gəncin SEPAH-ın təhlükəsizlik təcridxanasına aparıldığını bildiriblər.

Ailəsi Şəhriyar Cəfərinin təcridxanada məcburi etiraf verməsi üçün təcridxanada işgəncə edildiyi barədə fevral ayında məlumat aldıqlarını deyiblər.

“Ondan sonra onun barəsində heç bir məlumat veriulməyib. Ağır işgəncə edildiyi üçün onun öldürülməsindən nigəranıq” ,- Cəfərinin yaxınları bildiriblər.

Related Articles

Bir cavab yazın

Back to top button