İran

Təbrizdə iki qardaşını öldürən şəxs saxlanılıb

Təbrizdə iki qardaşını qətlə yetirən şəxs həbs olunub. Şərqi Azərbaycan vilayəti polis rəisinin müavinin məlumatına görə, marsın 24-də 35 yaşlı kişi 43 və 44 yaşlı qardaşlarını tapança ilə qətlə yetirib. Əli Məhəmmədinin açıqlamasına görə, polis məmurları ittilaat bilgiləri əsasında həmin şəxsin yerini bəlli edib və ölkədən qaçmaq istəyərkən qərb əyalətlərdən birində saxlayıb. Açıqlamaya görə, qardaşlar arasında əmlak və maali məsələlər səbəbindən münaqişə yaşanıb. Cinayətkər və əlbir olduğu şəxsdən bir tapança, iki ov silahı götürülüb və aidiyyatı üzrə məhkəmə orqanlarına təhvil verilib.

Related Articles

Bir cavab yazın

Back to top button