Azərbaycan

Şuşada Yuxarı Gövhər Ağa və Saatlı məscidinin açılışı olub

Mayın 10-da Şuşa şəhərində yenidənqurma və bərpa işlərindən sonra tarixi Yuxarı Gövhər Ağa məscidinin açılışı olub.

Açılışda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri  iştirak edib.

Prezident və ailə üzvləri həmçinin məscidin ərazisində yerləşən mədrəsə binasında “Mir Möhsün Nəvvab Qarabaği – XIX əsrin ensiklopedik alimi” sərgisinin açılışına da qatılıblar.

Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Eyni zamanda Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri mayın 10-da Şuşa şəhərində Heydər Əliyev Fondu tərəfindən aparılan bərpa işlərindən sonra Saatlı məscidinin açılışında iştirak ediblər.

Related Articles

Bir cavab yazın

Back to top button