İran

İranda etiraz aksiyalarının 35-ci günü bir neçə şəhərdə nümayişlər keçirilib

Zahidan şəhərinin sünni cümə imamı Molvi Əbdül Həmid hökumətin Zahidan məscidinə ibadət edənlərin öldürülməsinin səbəbləri ilə bağlı əsaslandırmalarını və iddialarını inkar etməklə yanaşı, bu cinayətə görə İslam Respublikasının lideri Əli Xameneyi və digər rejim rəsmilərinin məsuliyyət daşıdığını deyib.

İranda etiraz aksiyalarının başlanmasının 35-ci günündə bir neçə şəhərdə nümayişlər davam edib və bir sıra İran rəsmiləri, o cümlədən Tehranın cümə imamı Əhməd Xatəmi etirazçıları şiddətli cəzalandırılacaqları ilə təhdid edib.

Oktyabrın 21-də Sistan-Bəluçistan əyalətinin mərkəzi Zahidan şəhərində keçirilən nümayişlərdə hökumət qüvvələri etirazçılara qarşı güc tətbiq edib və Sistan-Bəluçistanın polis rəisi Əhməd Tahiri 57 nəfərin həbs edildiyini təsdiqləyib.

Bununla yanaşı Kürdüstan əyalətinin mərkəzi Sənəndəc şəhərində etirazçılar yolları balayaraq hökumət qüvvələrinin repressiyalarının qarşısını almağa çalışıb, başda Əli xameneyi olmaqla İran rəsmiləri əleyhinə şüarlar səsləndiriblər.

Qeş adasında isə nümayişçilər hökumət simvolları üzərinə qanı təmsil edən qırmızı boyalar səpərək Tehran rejiminin dinc etirazçıları öldürməsinə etiraz ediblər.

Həmədan əyalətinin Rəzən şəhərində də etirazçılar hökumət əleyhinə şüarlar səsləndirib, repressiyalara görə İslam respublikasına nifrətlərini ifadə ediblər.

Related Articles

Bir cavab yazın

Back to top button