Dünyaİran

İsveç vətəndaşı İrana etiraz etdi

İsveç Xarici İşlər Nazirliyi bu ölkənin 33 yaşlı vətəndaşı və Avropa Birliyinin diplomatı Yuhan Floderusun İranda casusluq ittihamına görə mühakimə olunmasına etiraz edib.

Bildirilib ki, İran hökumətinin Yuhan Floderusa qarşı irəli sürdüyü ittihamlar əsassız və özbaşına hərəkətdir.

Yuhan Floderus 2022-ci ilin yazında İrana səfər edib. Həmin ilin aprel ayının 17-də, ölkəsinə qayıtmaq istədiyi vaxt hava limanında təhlükəsizlik məmurları tərəfindən həbs olunub.

Ona qarşı “İsrailə casusluq” ittihamı irəli sürülüb. Bu ittiham üzrə 9 dekabr 2023-cü ildə məhkəmə başlayıb.

Yuhan Floderusun həbsinin İsveçdə həbsdə olan İranın keçmiş prokuror köməkçisi Həmid Nuri ilə dəyişdirilməsi məqsədi daşıdığı ehtimal edilir.

Related Articles

Bir cavab yazın

Back to top button