
Bu barədə yerli sosial media fəalları və insan haqları müdafiəçiləri məlumat yayıblar.
Tutulanlar arasında hazırda məzuniyyətdə olan siyasi məhbus Nəsrin Sütudə və SEPAH üzvləri tərəfindən öldürülən Səhənd Sadiqinin anası Mənzər Zərrabi də var.
Armita Gəravəndin yas mərasiminin keçirildiyi Cabiri məscidi və Piruzi küçəsi hökumət məmurları tərəfindən mühasirəyə alınıb, mərasimin tez və səssiz keçirilməsi istənilib.
Hüquq müdafiəçiləri saxlanılanların onlar nəfər olduğunu, hələlik hamısının kimliyini dəqiqləşdirə bilmədikıərini bildiriblər.
Qeyd edək ki, Armita Gəravənd oktyabrın əvvəlində Tehranda metroda Əxlaq polisi tərəfindən döyülüb və 28 gün komada qalıb.